
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy A35 5G ilə A55 5G-nin press-render fotoları təqdim edilib
Cihazlar+
07.03.2024
Emil
Artıq məlumdur ki, Samsung şirkəti 11 mart tarixində Galaxy A35 5G və A55 5G smartfonlarını təqdim edəcək. Evan Blass adlı məşhur insayder isə öz növbəsində təqdimata sayılı günlər qalmış sözügedən smartfonların press-render fotolarını təqdim edib. Təqdim edilmiş press-render fotolardan da görmək olar ki, Galaxy A seriyasının bu yeni smartfonları xarici görünüşcə Galaxy S24-ə bənzəyəcəklər.

Bununla yanaşı press-render fotolar vasitəsilə məlum olub ki, hər iki smartfon 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Galaxy A55 5G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı, 50 MP + 12 MP + 5 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edəcək. Galaxy A35 5G modelinə gəldikdə isə o, 50 MP + 8 MP + 5 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahib olacaq. Hər iki smartfon Exynos prosessoru vasitəsilə çalışacaq.




Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
