main-post-cover

    Təqdimata sayılı günlər qalmış Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra-nın yeni fotoları təqdim edilib

    Cihazlar+
    05.07.2024
    Emil Nəcəfov
         Samsung-un təqdimata hazırlaşan Galaxy Watch 7Galaxy Watch Ultra smart saatlarının Çinin TAF adlı tənzimləyici orqanında qeydiyyatdan keçdikləri məlum olub. TAF öz növbəsində bu smart saatların fotolarını və bəzi texniki imkanlarını bölüşüb. Təqdim edilmiş fotolardan da görmək olar ki, Galaxy Watch 7 modeli ənənəvi dairəvi gövdə dizaynını özündə qoruyub saxlayıb, Galaxy Watch Ultra modeli isə kvadrat gövdə daxilinə yerləşdirilmiş dairəvi ekranı əldə edib.
         Bununla yanaşı məlumatda qeyd edilib ki, Galaxy Watch 7-nin eSIM dəstəkli versiyası da təqdim olunacaq və üstəlik 417 mAh enerji tutumlu batareyanı əldə edəcək. Galaxy Watch Ultra-ya gəldikdə isə o, 590 mAh enerji tutumlu batareyaya sahib olacaq. Daha öncəki məlumat sızıntılarına inansaq, həm Galaxy Watch 7 həm də Galaxy Watch Ultra Samsung-un Exynos W1000 adlı yeni prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu smart saatların 10 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbirində qatlana bilən Galaxy Z Fold 6 Z Flip 6 smartfonları ilə birlikdə təqdim olunacaqları gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gələn il Samsung Galaxy S25+ smartfonunun təqdim olunacağıan dair sübut aşkar edilib
    ge
    Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının real fotoları təqdim edilib
    samsung-galaxy-buds-3-pro-naqilsiz-qulaqliginin-real-fotolari-teqdim-edilib
    Samsung uzana bilən elastiki ekranı patentləşdirib
    samsung-uzana-bilen-elastiki-ekrani-patentlesdirib
    Büdcəli Samsung Galaxy A13 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb
    budceli-samsung-galaxy-a13-smartfonu-oneui-61-i-elde-etmeye-baslayib
    İddialara görə, Samsung, Galaxy S25 Plus modelini ləğv edə bilər!
    iddialara-gore-samsung-galaxy-s25-plus-modelini-legv-ede-biler