
Təqdimatdan bir gün qabaq Honor 90 GT-nin yeni render fotosu ortaya çıxıb
Cihazlar+
20.12.2023
Emil
Honor şirkəti artıq sabah Honor 90 GT smartfonunu təqdim edəcək. Təqdimata bir gün qalmış sözügedən smartfonun yeni render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfon 3 gövdə rəngində əks olunub. Black, Cream və GT Blue. İlk iki gövdə rənginə sahib Honor 90 GT modelinin arxa paneli mat şüşədən, GT Blue gövdə rənginə sahib Honor 90 GT modelinin arxa paneli isə süni dəridən təşkil olunacaq. Son məlumatlara əsasən Honor 90 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 8 Gen 2 prosessoru və əsas kamerası 50 MP-lik olacaq ikili arxa kamera ilə təchiz olunacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
