
Təqdimatdan öncə OnePlus 12-nin yeni fotoları və texniki göstəriciləri ortaya çıxıb
Təqdimatdan bir gün qabaq OnePlus 12 flaqman smartfonunun yeni real fotoları və texniki göstəriciləri ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən OnePlus 12 smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1440x3168 piksel keyfiyyətli 6.82 düym OLED ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edəcək. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 48 MP + 64 MP üçlü arxa kameranı və 5400 mAh enerji tutumlu batareyanı birləşdirəcək.



Paylaş