Thoughtful Things süni intellektli Engram musiqi alətini təqdim etdi
“Thoughtful Things” ilk musiqi aləti “Engram” üçün “Kickstarter” kampaniyasına başlayıb. “Engram” daxil olan səsi yazıb emal edən, həmçinin ritm yaratmağa yarayan musiqi qurğusudur. Cihaz süni intellektlə səsi bilərəkdən təhrif edə və tamamilə yeni səslər yarada bilir. Məqsəd hazır mahnı hazırlamaq deyil, qəribə və eksperimental səslərlə işləməkdir.
“Engram” internetə qoşulmur. Şirkətin hazırlayıb xüsusi öyrətdiyi kiçik süni intellekt modeli birbaşa cihazın özündə işləyir. “Thoughtful Things” modelin öyrədilməsi üçün yalnız kommersiya istifadəsinə icazə verən CC-BY və oxşar lisenziyalı açıq səs bazalarından yararlandığını deyir. Şirkət pirat, oğurlanmış və kommersiya istifadəsinə icazəsi olmayan materiallardan istifadə etmədiyini vurğulayır. Qurğunun daxili proqramı istifadəçilərə açıq olacaq və onlar öz modellərini də cihaza yükləyə biləcəklər.
Kampaniya videosunda təsisçi Evan King öz səsi ilə cihazdan piano səsi yaratmasını istəyir. “Engram” cavab olaraq pianonu xatırladan, amma rəqəmsal küylərlə dolu bir səs yaradır. King qurğunu “gizli məkan üçün sahə səs yazıcısı” kimi təsvir edir. Cihaz elektron sxemləri dəyişdirib gözlənilməz səslər almaq üsulundan ilhamlanıb. İstifadəçi süni intellekt modelinin parametrlərini bilərəkdən poza və bununla fərqli səslər əldə edə bilər.
“Engram” kampaniya çərçivəsində məhdud sayda istehsal ediləcək. İlkin dəstək paketinin qiyməti 675 dollar (təxminən 1150 manat) məbləğindən başlayır. “Thoughtful Things” adi pərakəndə satış qiymətini hələ açıqlamayıb. Kampaniya qiyməti 30 faiz endirimli göstərildiyindən son qiymətin 850 - 900 dollar (təxminən 1450 - 1530 manat) arasında olacağı gözlənilir. Yəni kampaniyadan sonra cihaz ilkin paketlə müqayisədə xeyli baha satıla bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...