Logo
    main-post-cover

    visionOS 26.3.1 yayımlandı

    Cihazlar+
    27.02.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Vision Pro istifadəçiləri üçün yeni sistem yeniləməsi yayımlanıb. Apple visionOS 26.3.1 versiyasını təqdim edərək xüsusilə idman izləyiciləri üçün vacib olan Sports MultiView funksiyasında yaranmış problemi aradan qaldırıb.
        Şirkətin açıqlamasına görə, bəzi hallarda Apple TV tətbiqində MultiView rejimindən istifadə zamanı ekranda titrəmə (flicker) problemi müşahidə olunurdu. visionOS 26.3.1 yeniləməsi məhz bu nasazlığı aradan qaldırmağa yönəlib. Apple Vision Pro bazara çıxandan iki il keçsə də, hələ də “killer app” adlandırılacaq bir tətbiqə sahib deyil. Buna baxmayaraq, cihazın dəyərini artıran kiçik, amma praktik funksiyalar mövcuddur. Onlardan biri də MultiView-dir.
        Bu funksiya istifadəçilərə eyni anda bir neçə canlı yayımı paralel şəkildə izləməyə imkan verir. Xüsusilə:
    • Major League Soccer (MLS) mövsümündə eyni vaxtda keçirilən bir neçə oyunu izləmək,
    • Formula 1 yarışlarında fərqli kamera bucaqlarını paralel açmaq
    üçün MultiView olduqca əlverişlidir.
        F1 mövsümü martın 8-də start götürəcək. Hazırda məkan əsaslı (spatial) F1 kontenti təqdim olunmasa da, virtual məkanda bir neçə ekranı eyni anda açaraq yarış izləmək Vision Pro istifadəçiləri üçün fərqli və immersiv təcrübə yaradır.
    Paylaş