Logo
    main-post-cover

    Vivo Pad 5 planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.05.2025
    Emil
         Vivo şirkəti S30 və S30 Pro mini smartfonları ilə yanaşı Vivo Pad 5 adlı yeni planşetini də təqdim edib. Beləliklə Vivo Pad 5 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3096x2064 piksel keyfiyyətli 12.1 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir. Planşet MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Pad 5 özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 44 mAh enerji tutumlu 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşetin gövdə qalınlığı 6.62 mm, çəkisi isə 590 qram təşkil edir. Vivo Pad 5 artıq Çində satışa çıxıb və onun qiyməti 347$-dan start götürür. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş