
Vivo X Fold 3 dünyanın ən yüngül qatlana bilən smartfonu ola bilər
Cihazlar+
12.01.2024
Emil
Artıq məlumdur ki, vivo şirkəti hal hazırda qatlana bilən vivo X Fold 3 smartfon seriyası üzərində çalışır. Bu seriyaya adi vivo X Fold 3 ilə yanaşı həmçinin vivo X Fold 3 Pro da daxil olmalıdır. Dünən hətta adi vivo X Fold 3-ün render fotoları ortaya çıxmışdılar. Digital Chat Station ləqəbli məşhur insayder isə vivo X Fold 3 barəsində məlumatlar verməyə davam edir. Beləliklə insayderin sözlərinə əsasən vivo X Fold 3 smartfon seriyasına daxil olacaq modellərdən biri 220-229 qramm çəkiyə sahib olacaq.
Yəni smartfon bazarda ən yüngül qatlana bilən smartfon olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Fold 5-in çəkisi 253 qramm, OPPO Find N3-ün çəkisi isə 239 qramm təşkil edir. Bununla yanaşı insayder bildirib ki, vivo X Fold 3 modellərindən biri tam açıq vəziyyətdə 5 mm qalınlığa, qatlanmış vəziyyətdə isə 10.5 mm qalınlığa sahib olacaq. Vivo X Fold 3 smartfon seriyasının bu ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qatlana bilən vivo X Fold 3-ün render fotoları ortaya çıxıb
Artıq məlumdur ki, vivo şirkəti qatlana bilən vivo X Fold 3 smartfon seriyası üzərində çalışır.

Cihazlar+
Vivo Pad 3 planşetinin bəzi tenxiki imkanları açıqlanıb
Vivo şirkətinin hal-hazırda hazırladığı məhsullardan biri də vivo Pad 3 planşetidir.

Cihazlar+
Qatlana bilən vivo X Fold 3 və X Fold 3 Pro barəsində yeni məlumatlar verilib
Vivo şirkəti bu ilin birinci yarısında qatlana bilən vivo X Fold 3 smartfon seriyasını təqdim etməlidir.

Cihazlar+
Vivo şirkəti vivo Pad 3 adlı yüksək performanslı planşet üzərində çalışır
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən vivo şirkəti bazarda ən performanslı planşetlərdən birini hazırlayır.

Cihazlar+
Qlobal bazarda vivo V30 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti qlobal bazarda yeni smartfonunu təqdim edib. Təqdim edilmiş yeni smartfon vivo V30 Lite 5G adını əldə edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
