Logo
    Vivo X100 flaqman smartfon seriyasının təqdimatı anons edilib

    Vivo X100 flaqman smartfon seriyasının təqdimatı anons edilib

    Cihazlar+
    01.11.2023
         Vivo şirkəti vivo X100 flaqman smartfon seriyasının təqdimatını anons edib. Şirkətin anonsuna əsasən sözügedən smartfon seriyası 13 noyabr tarixində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, vivo X100 smartfon seriyasına 3 model daxil olacaq. Vivo X100, X100 Pro və X100 Pro+. Vivo X100 ilə X100 Pro-nun MediaTek Dimensity 9300 prosessoru, vivo X100 Pro+ modelinin isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Qeyd etmək lazımdır ki, dünən vivo X100-ün AnTuTu testlərindən keçdiyi məlum oldu və üstəlik smartfonun ilk rəsmi render fotosu təqdim edildi.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...