main-post-cover

    Vivo X100 Ultra flaqman smartfonunun kamera göstəriciləri açıqlanıb

    Cihazlar+
    03.05.2024
    Farid Pardashunas
         Vivo şirkəti aktiv şəkildə vivo X100 Ultra smartfonunun təqdimatına hazırlaşır. Bir neçə gün bundan öncə bu smartfon hələ təqdim edilməmiş vivo X100s ilə birlikdə bir posterdə əks olunmuşdu. İndi isə Gizmochina saytı vivo X100 Ultra-nın kameraları barəsində məlumat verib. Beləliklə məlumata əsasən smartfon Sony LYT-900 adlı əsas kamera sensorunu əldə edəcək. Bu, 50 MP-lik kamera sensorudur. Qeyd etmək lazımdır ki, Sony LYT-900 kamera sensoru həmçinin Xiaomi 14 Ultra OPPO Find X7 Ultra smartfonlarında da istifadə edilir. Vivo X100 Ultra-nın ultra geniş bucaqlı obyektivi qismində də 50 MP-lik kamera sensoru istifadə ediləcək.
         Gizmochina saytının sözlərinə əsasən smartfonun kameraları mövzusunda ən maraqlı hissə məhz teleobyektivi əhatə edir. Belə ki, vivo X100 Ultra 200 MP-lik teleobyektiv ilə təchiz olunacaq və o, 4.3 qat zoom-a sahib olacaq. Lakin kamera həmçinin maksimal olaraq 200 qat zoom imkanını da verəcək. Bu isə rekord göstəricidir. Digər texniki özəlliklərə gəldikdə isə vivo X100 Ultra-nın 2K keyfiyyətli 6.78 düym ekranla təchiz olunacağı, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və 80 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacağı gözlənilir. Smartfon artıq bu ay ərzində vivo X100s ilə birlikdə təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo V30e smartfonu təqdim olunub - QİYMƏTİ
    vivo-v30e-smartfonu-teqdim-olunub-qiymeti
    Təqdimata hazırlaşan vivo X100s və X100 Ultra smartfonları bir posterdə əks olunublar
    teqdimata-hazirlasan-vivo-x100s-ve-x100-ultra-smartfonlari-bir-posterde-eks-olunublar
    Vivo X100s smartfonu AnTuTu və Geekbench bençmarklarında testlərdən keçib
    vivo-x100s-smartfonu-antutu-ve-geekbench-bencmarklarinda-testlerden-kecib
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib
    Vivo X100s smartfonunun fotoları ortaya çıxıb
    vivo-x100s-smartfonunun-fotolari-ortaya-cixib