main-post-cover

    Vivo X100 Ultra smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    14.05.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo X100s smartfon seriyası ilə yanaşı vivo X100 Ultra smartfonunu da təqdim edib. Vivo X100 Ultra modeli xarici görünüşcə vivo X100s Pro-ya bənzəyir. Belə ki, vivo X100s Pro-da olduğu kimi Ultra modelində də ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda hazırlanıb. Beləliklə vivo X100 Ultra smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.78 düym Samsung OLED E7 ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Vixo X100 Ultra-nın gövdəsi həm IP68 həm də IP69 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir.
         Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP (f/1.75 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.2 diafraqma, 116 dərəcə bucaq əhatəsi, 14 mm fokus məsafəsi, avtofokus) + 200 MP (f/2.67 diafraqma, 3.7 qat optik zoom, 20 qat makro zoom, 100 qat rəqəmsal zoom, 85 mm fokus məsafəsi, optik stabilizasiya) üçlü arxa kameranı və 50 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə vivo X100 Ultra 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyaya sahibdir və üstəlik 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Vivo X100 Ultra qutudan Android 14 vasitəsilə çalışır. Smartfon bu ayın sonunda Çində satışa çıxacaq və onun qiyməti 899$-dan start götürəcək. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X100s və X100s Pro smartfonları təqdim olunub - QİYMƏTİ
    vivo-x100s-ve-x100s-pro-smartfonlari-teqdim-olunub-qiymeti
    Qatlana bilən vivo X Fold 3 Pro smartfonu qlobal bazarda təqdimata hazırlaşır
    qatlana-bilen-vivo-x-fold-3-pro-smartfonu-qlobal-bazarda-teqdimata-hazirlasir
    Vivo X100s, X100s Pro və X100 Ultra smartfonlarının təqdimatları anons edilib və onların satış qiymətləri məlum olub
    vivo-x100s-x100s-pro-ve-x100-ultra-smartfonlarinin-teqdimatlari-anons-edilib-ve-onlarin-satis-qiymetleri-melum-olub
    Təqdimata hazırlaşan vivo X100s smartfonunun real fotoları təqdim edilib
    teqdimata-hazirlasan-vivo-x100s-smartfonunun-real-fotolari-teqdim-edilib
    Vivo X100 Ultra flaqman smartfonunun kamera göstəriciləri açıqlanıb
    vivo-x100-ultra-flaqman-smartfonunun-kamera-gostericileri-aciqlanib