
Vivo X200 smartfonlarının qlobal bazarda təqdimatları anons edilib
Cihazlar+
15.11.2024
Emil
Vivo şirkəti 14 oktyabr tarixində Çində vivo X200 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 3 model daxil oldu. Vivo X200, X200 Pro və X200 Pro mini. İndi isə şirkət sözügedən smartfonların qlobal versiyalarını təqdim etməyə hazırlaşır. Şirkət artıq bunun nə zaman baş verəcəyini rəsmi şəkildə elan edib. Vivo tərəfindən təqdim edilmiş posterə əsasən vivo X200 smartfonlarının qlobal versiyaları 19 noyabr tarixində təqdim olunacaqlar. Bununla belə məlumatda qeyd edilib ki, qlobal bazarda yalnız iki model təqdim olunacaq. Söhbət, vivo X200 və X200 Pro-dan gedir. Bu isə o deməkdir ki, vivo X200 Pro mini modeli eksklüziv olaraq Çin bazarı üçün nəzərdə tutulub. Çox güman ki, vivo X200 və X200 Pro modellərinin qlobal versiyaları texniki göstəricilər baxımından Çində satılan versiyalardan fərqlənməyəcəklər. Qeyd etmək lazımdır ki, hər iki smartfon MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışır.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
