Logo
    main-post-cover

    Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.04.2025
    Emil
         Vivo şirkəti Vivo X200s ilə kifayətlənməyərək Vivo X200 Ultra adlı ikinci yeni flaqman smartfonunu təqdim edib. Bu flaqman smartfon böyük ölçülü ekranı Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləıliklə Vivo X200 Ultra smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 3168x1440 piksel keyfiyyətli 6.82 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Vivo X200 Ultra-nın gövdənin IP68/IP69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo X200 Ultra özündə 50 MP + 50 MP + 200 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 40 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Vivo X200 Ultra 25 aprel tarixində Çində satışa çıxacaq və onun qiyməti 891$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş