Logo
    main-post-cover

    Vivo Y300 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.12.2024
    Emil
         Vivo şirkəti sentyabr ayında vivo Y300 Pro smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun adi versiyası olan vivo Y300-ü təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə vivo Y300 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.67 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
        Bununla yanaşı smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Vivo Y300 smartfonu MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y300-ün Çində satışlarına 20 dekabr tarixində start veriləcək. Onun qiyməti isə 192$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş