Logo
    main-post-cover

    Walmart dronla çatdırılmanı ABŞ-də kütləviləşdirir

    Cihazlar+
    12.01.2026
    Sevinc
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Walmart dronla çatdırılma xidmətini ABŞ üzrə ciddi şəkildə genişləndirir. Şirkət Wing ilə əməkdaşlıq çərçivəsində daha 150 yeni mağazanı dron şəbəkəsinə qoşur. Wing Alphabet-ə məxsusdur və Walmart-la tərəfdaşlıq 2023-cü ildən davam edir.
    Walmart expands drone delivery to 150 more stores
        Yeni mərhələ ilə birlikdə dron çatdırılma xidməti 270 məntəqədə fəaliyyət göstərəcək və bu, təxminən 40 milyon amerikalını əhatə edəcək. Xidmət 2026–2027-ci illər ərzində mərhələli şəkildə Los Anceles, Mayami, Sent-LuisSinsinnati kimi iri şəhərlərə yayılacaq. Walmart bu günədək 150 mindən çox uğurlu dron çatdırılması həyata keçirdiyini bildirir və bununla da dronla kütləvi pərakəndə çatdırılma sahəsində lider mövqeyini gücləndirir.
    Paylaş
    Bənzər xəbərlər