
Windows 365 Link mini kompüteri təqdim edilib - QİYMƏTİ
Cihazlar+
20.11.2024
Emil
Ignite 2024 adlı texnoloji konfrans çərçivəsində Microsoft şirkəti özü üçün qeyri-adi olan yeni məhsulunu təqdim edib. Söhbət, Windows 365 Link adlı mini kompüterdən gedir. Bu mini kompüter gündəlik istifadə üçün nəzərdə tutulsa da, o özünün əməliyyat sisteminə sahib deyil və ona lokal şəkildə tətbiq quraşdırmaq mümkün deyil. Bu cihaz faktiki olaraq Windows 11-in bulud versiyasını, Office tətbiqlərini, Teams servisini və Windows 365 abunəliyi çərçivəsində digər servisləri işə salmaq üçün nəzərdə tutulub.

Cihazın uzunluğu 120 mm, eni 120 mm, hündürlüyü isə 30 mm təşkil edir. Bu kiçik ölçülü cihaz özündə USB 3.2 Type-A, USB 3.2 Type-C, DisplayPort, HDMI, Ethernet girişlərini və eləcə də Wi-Fi 6E ilə Bluetooth 5.3-ü birləşdirir. Şirkət Windows 365 Link-in texniki imkanları barəsində məlumat verməyib. Lakin insayderlərin sözlərinə əsasən cihaz Intel-in giriş seqmentli prosessoru vasitəsilə çalışır və özündə passiv soyutma sistemi ilə 8 GB-lıq RAM-ı birləşdirir. Windows 365 Link gələn il 350$ qiymətində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Microsoft-un portativ oyun konsolu üzərində çalışdığı rəsmi şəkildə təsdiqlənib
İnsayderlər dəfələrlə məlumat veriblər ki, Microsoft-un Xbox brendi öz portativ oyun konsolu üzərində çalışır. İndi isə bu məlumatlar rəsmi şəkildə təsdiqlənib.

Proqram Təminatı
Microsoft bütün süni zəka funksiyalarını Windows Intelligence brendi altında birləşdirəcək
Görünür, Microsoft şirkəti Windows-un son versiyalarında istifadəyə verilmiş bütün süni zəka funksiyalarının əsaslı rebrendinqinə hazırlaşır.

Proqram Təminatı
Microsoft, Paint 3D tətbiqinin dəstəyini rəsmi şəkildə dayandırdı
Qeyd etmək lazımdır ki, sözügedən tətbiq 3D obyektlərin tərtibatı, redaktəsi və HoloLens kimi AR layihələr üçün nəzərdə tutulmuşdu.

Proqram Təminatı
İstifadəçilər Windows 10-un dəstəyini ödənişli şəkildə 1 il uzada biləcəklər
Windows 10-un rəsmi dəstəyi 14 oktyabr 2025-ci il tarixində dayandırılacaq. Microsoft şirkəti elan edib ki, sözügedən əməliyyat sisteminin dəstəyinin dayandırılmasından sonra istifadəçilər dəstək müddətini 1 il uzada biləcəklər.

Süni İntellekt
Microsoft Copilot-un tibbi məsləhətləri ölümə səbəb ola bilərlər
Heç kim üçün sirr deyil ki, Microsoft-un Copilot adlı rəqəmsal köməkçisi kimi süni zəka əsasında çalışan müasir çat-botların məsləhətlərinə tam şəkildə güvənmək lazım deyil.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
