Windows-la çalışan yeni kompüterlərin klaviaturalarına ayrıca Copilot düyməsi əlavə ediləcək
Cihazlar+
07.01.2024
Emil Nəcəfov
Microsoft şirkəti süni zəka köməkçisi olan Copilot-un işə salınması üçün nəzərdə tutulmuş ayrıca fiziki düymənin Windows əməliyyat sistemli yeni kompüterlərə quraşdırılacağını elan edib. Copilot üçün nəzərdə tutulmuş ayrıca fiziki düymə kompüter klaviaturalarının aşağı sol hissələrində olan Alt düyməsinin yanında yerləşəcək. Şirkət bildirib ki, bu, 1990-cı illərdə klaviaturalara Windows düyməsinin inteqrasiya edilməsindən indiyənə kimi klaviaturalardakı ən vacib dizayn dəyişikliyi olacaq. Copilot düyməsinin yeni Surface kompüterlərinə inteqrasiya ediləcəyi dəqiqdir. Lakin bunu hansı kənar şirkətlərin öz cihazlarında reallaşdıracağı məlum deyil. Çox güman ki, Copilot düyməsini öz kompüterlərinə inteqrasiya edəcək kənar şirkətlərin adları CES 2024 sərgisində açıqlansın.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft Copilot tətbiqinin iOS və iPadOS versiyaları istifadəyə verilib
Microsoft Copilot tətbiqinin iOS və iPadOS versiyaları istifadəyə verilib
Bir neçə gün bundan öncə Microsoft şirkəti özünün süni zəka əsaslı Copilot çat-botunun Android tətbiqini istifadəyə verdi.
Microsoft Surface Pro 10 planşeti üzərində çalışır
Microsoft Surface Pro 10 planşeti üzərində çalışır
Az əvvəl biz, Microsoft-un hazırladığı Surface Laptop 6 noutbuku barəsində bəzi məlumatları təqdim etdik. İndi isə insayderlər Microsoft tərəfindən hazırlanan digər bir cihaz barəsində bəzi məlumatları bölüşüblər.
Microsoft-un yeni Surface noutbuku barəsində ilk məlumatlar verilib
Microsoft-un yeni Surface noutbuku barəsində ilk məlumatlar verilib
İnsayderlərin vermiş olduqları məlumata əsasən Microsoft şirkəti hal-hazırda Surface Laptop 6 adlı noutbuk üzərində çalışır.
The New York Times qəzeti OpenAI ilə Microsoft-u məhkəmyə verib
The New York Times qəzeti OpenAI ilə Microsoft-u məhkəmyə verib
Səbəb isə sözügedən şirkətlərin öz çat-botlarının və digər süni zəka sistemlərinin təlimatlandırılmalarında qəzetin çoxlu sayda materiallarından istifadə etmiş olmalarıdır.
Microsoft Copilot-un Android tətbiqini istifadəyə verib.
Microsoft Copilot-un Android tətbiqini istifadəyə verib.
Microsoft şirkəti özünün süni zəka əsaslı Copilot çat-botunun Android tətbiqini istifadəyə verib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!