Logo
    main-post-cover

    Xbox Cloud Gaming artıq Amazon Fire TV-lərə gəlir

    Cihazlar+
    24.12.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Xbox bulud oyun xidmətini artıq bəzi yeni Amazon Fire TV modellərinə gətirib. Yenilik əsasən Fire TV 4-SeriesFire TV Omni QLED Series televiziyalarını əhatə edir. Bu isə o deməkdir ki, istifadəçilər artıq ayrıca oyun konsolu və ya Fire TV Stick olmadan birbaşa televizor üzərindən Xbox oyunlarını oynaya biləcəklər.
        Xidmət vasitəsilə oyunlar internet üzərindən yayımlanır və cihazda fiziki olaraq yüklənmir. Bunun üçün istifadəçilərin aktiv Xbox Game Pass abunəliyi olmalıdır. Abunəlik paketləri aylıq təxminən 10 dollardan başlayır30 dollara qədər yüksəlir. Oyun təcrübəsi üçün əlavə olaraq Bluetooth dəstəyi olan simsiz oyun pultu tələb olunur. Xbox-un rəsmi kontrollerləri ilə yanaşı, əksər simsiz gamepad modelləri də uyğundur.
        Xidmət Game Pass kitabxanasındakı bütün oyunları dəstəkləyir. Bundan əlavə, “Stream your own game” funksiyası sayəsində istifadəçilər özlərinə məxsus olan yüzlərlə oyunu da yayımlayaraq oynaya bilirlər. Qeyd edək ki, bu funksiya bütün oyunlar üçün keçərli deyil, lakin dəstək verilən oyunların sayı kifayət qədər çoxdur.
    Paylaş