Xbox Elite Controller 3 sızdırıldı
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Microsoft və Xbox ilə bağlı yeni sızıntı oyun dünyasında diqqət çəkib. Braziliyanın telekommunikasiya tənzimləyicisi olan Anatel-də ortaya çıxan görüntülər, hələ rəsmi təqdim olunmayan Xbox Elite Controller 3 modelini vaxtından əvvəl internetə daşıyıb. Sızıntını ilk olaraq Braziliyanın texnologiya saytı Tecnoblog paylaşıb, daha sonra isə xəbər The Verge tərəfindən gündəmə gətirilib.
Ortaya çıxan məlumatlara görə yeni nəsil kontroler əvvəlki modellərlə müqayisədə bir neçə ciddi yenilik təqdim edir. Kontrolerin alt hissəsində baş barmaqla idarə oluna bilən iki ədəd “scroll wheel” yerləşir. Bundan əlavə ön hissədə əlavə edilmiş yeni qoşulma düyməsinin cihazı lokal və bulud rejimləri arasında keçirmək üçün istifadə oluna biləcəyi iddia edilir.
D-pad dizaynı da yenilənib və ən diqqətçəkən dəyişikliklərdən biri cihazın artıq çıxarıla bilən və yenidən doldurula bilən batareyaya keçid etməsidir. Bu yenilik uzun müddətdir istifadəçilərin ən çox tələb etdiyi dəyişikliklərdən biri hesab olunurdu.
Maraqlıdır ki, eyni gün ərzində başqa bir Xbox aksesuarı da sızdırılıb. Daha kiçik ölçülü olduğu görünən və Xbox Cloud Gaming üçün hazırlandığı düşünülən yeni gamepad görüntüləri də Xatırladaq ki, Xbox Elite Controller Series 2 modeli ilk dəfə 2019-cu ildə təqdim edilmişdi və 2022-ci ildə Design Lab üzərindən fərdiləşdirilə bilən hala gətirilmişdi. Yeni modelin artıq tənzimləyici qurumların sənədlərində görünməsi isə onun rəsmi təqdimatının çox uzaqda olmadığını göstərir. İddialara görə, Xbox Games Showcase tədbirində cihazın təqdim olunma ehtimalı yüksəkdir.
Paylaş