Logo
    main-post-cover

    Xbox kəsintisi fiziki oyunları da blokladı

    Cihazlar+
    29.07.2026
    Sevinj
        Microsoft təsdiqləyib ki, son genişmiqyaslı Xbox xidmət kəsintisi zamanı diskdə olan oyunların işləməməsi normal hal olmayıb və texniki nasazlıqdan qaynaqlanıb. Bazar günü axşam başlayan və təxminən bir gün davam edən problem Xbox istifadəçilərinin hesablarına daxil olmasına, tətbiqləri açmasına, Xbox Store-da oyun tapmasına, eləcə də bəzi rəqəmsal və fiziki oyunları işə salmasına mane olmuşdu. Xüsusilə internet bağlantısı tələb etməyən fiziki disk oyunlarının da açılmaması istifadəçilər arasında narahatlıq yaradıb.
    Next 100 Days: XBOX Reset - XBOX Wire
        Xbox-ın texnologiya rəhbəri Scott Van Vliet The Verge-ə açıqlamasında bildirib ki, Xbox oyun diskləri müəyyən lisenziya və istifadə hüququ yoxlamalarından keçir. Lakin bu yoxlamalar xidmətlər əlçatmaz olduqda və ya konsol oflayn rejimdə işlədikdə diskdəki oyunların açılmasına mane olmamalıdır. Microsoft-un araşdırmasına görə, xidmət kəsintisi zamanı bəzi Xbox konsolları əvvəldən cihazda saxlanılmış oyun lisenziyalarından düzgün istifadə edə bilməyib. Oflayn rejim də məhz bu saxlanılmış məlumatlara əsaslandığı üçün bəzi fiziki oyunlar belə işə düşməyib. Şirkət problemin xarici lisenziyalaşdırma xidmətlərindən biri ilə əlaqəli olduğunu bildirib. Microsoft oxşar vəziyyətin gələcəkdə təkrarlanmaması üçün düzəliş hazırlayır və onun qarşıdakı Xbox yeniləmələrindən biri ilə təqdim ediləcəyini açıqlayıb.
    Paylaş