Logo
    main-post-cover

    Xbox növbəti böyük oyun təqdimatını 7 iyunda keçiriləcək

    Cihazlar+
    31.03.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, oyun dünyasında yay mövsümünə hazırlıq artıq başlayıb və ilk addımı Microsoft-a məxsus Xbox atır. Şirkət rəsmi olaraq açıqlayıb ki, növbəti böyük oyun təqdimatı 7 iyun tarixində baş tutacaq. Bu tarix ənənəvi olaraq iyun ayında keçirilən Summer Game Fest dövrünə uyğun gəlir.
        Təqdimatda oyunsevərləri bir sıra məşhur layihələr gözləyir. Xüsusilə Gears of War, Fable və Halo seriyaları ilə bağlı yeniliklərin paylaşılması gözlənilir. Bundan əlavə, tədbirdən dərhal sonra yalnız Gears of War: E-Day oyununa həsr olunmuş ayrıca təqdimat da keçiriləcək.
        Bu təqdimat Microsoft üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, yaxın zamanda Xbox rəhbərliyində dəyişiklik baş verib: uzun illər bu vəzifədə olan Phil Spencer təqaüdə çıxıb və onun yerinə Asha Sharma CEO kimi təyin olunub. Yeni rəhbərlik üçün bu tədbir Xbox platformasının hazırkı vəziyyətini nümayiş etdirmək baxımından önəmli olacaq.
        Tədbir həm onlayn yayımlanacaq, həm də fanatlar üçün Los-Ancelesdə canlı şəkildə keçiriləcək. Asha Sharma bildirib ki, oyunçuların istəyini nəzərə alaraq Xbox FanFest tədbiri də yenidən təşkil olunacaq.
        Microsoft əlavə edib ki, təqdimatda həm daxili studiyaların, həm də qlobal tərəfdaşların hazırladığı oyunlardan ilk gameplay görüntüləri və böyük yeniliklər təqdim ediləcək. Buraya həm böyük franşizalar, həm də yeni müstəqil layihələr daxildir.
    Paylaş