Reklam
Xiaomi 12 Ultra ləğv edilib: Onu digər flaqman smartfon əvəz edəcək

Xiaomi 12 Ultra ləğv edilib: Onu digər flaqman smartfon əvəz edəcək

Mobil Cihazlar
30.06.2022 PAYLAŞIM

    Xiaomi şirkətinin direktoru Lei Jun şirkətin gələn həftənin əvvəlində baş tutacaq təqdimat tədbiri barəsində fikirlərini bildirən zaman qeyd edib ki, barəsində çoxdan bəri məlumatlar ortaya çıxan Xiaomi 12 Ultra smartfonu ləğv edilib. Onun sözlərinə əsasən şirkət istifadəçilər üçün onun digər alternativi olan yeni flaqman smartfon təqdim edəcək. Sadəcə olaraq təqdim ediləcək smartfon fərqli ada sahib olacaq. Çinin Weibo adlı sosial şəbəkəsində Lei Jun-a Xiaomi 12 Ultra-nın texniki göstəriciləri barəsində sual verilən zaman o, qeyd edib ki, sözügedən smartfonun ilk əvvəl bu ilin mart və ya aprel ayında satışa çıxarılması planlaşdırılırdı. Lakin daha sonra şirkət həmin smartfondan imtina etdi və onun daha güclü alternativi üzərində çalışmağa başladı. Söhbət, Xiaomi 12S Ultra smartfonundan gedir.

    Məlumatda həmçinin qeyd edilib ki, Xiami 12S Ultra modeli Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq və məhz o, ləğv edilmiş Xiaomi 12 Ultra-nın yerini tutacaq. Məlumata əsəasən Xiaomi 12S Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfonun 12 GB-a kimi RAM yaddaşını, 512 GB-a kimi daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcəyi gözlənilir. Kameralara gəldikdə isə Xiaomi 12S Ultra-nın Leica istehsalı olan 50 MP + 48 MP + 48 MP üçlü arxa kameraya sahib olacağı güman edilir. Qeyd etmək lazımdır ki, Xiaomi 12S Ultra-nın təqdimatı 4 iyul tarixində baş tutacaq. Təqdimat çərçivəsində şirkət həmçinin digər Xiaomi 12S modellərini də təqdim edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra təqdim olunub - QİYMƏTİ

Xiaomi xüsusi təqdimat tədbiri çərçivəsində qatlana bilən Mix Fold 2 və Redmi K50 Ultra flaqman smar..


200 MP-lik kameraya sahib Moto X30 Pro və qatlana bilən Motorola RAZR (2022) təq..

Motorola şirkəti artıq uzun zamandır ki, barəsində məlumatlar yayılan Moto X30 Pro adlı flaqman smar..


Qatlana bilən Samsung Galaxy Z Fold 4 və Galaxy Z Flip 4 təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy Unpacked 2022 tədbiri çərçivəsində öz yeni qatlana bilən smartfonları Galaxy ..


iPhone 14 Pro-nun real fotoları ortaya çıxıb

Artıq gələn ay Apple şirkəti iPhone 14 smartfon seriyasını təqdim edəcək.


Yeni OnePlus 10T flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Bu smartfon flaqman smartfonlar sırasına daxil olsa da şirkət onun bəzi özəlliklərini əvvəlki flaqma..


Samsung öz cihazlarının fərdi təmir proqramını istifadəyə verib

Samsung şirkəti elektron cihazların təmiri sahəsində fəaliyyət göstərən iFixit saytı ilə birlikdə Ga..

×