Xiaomi 13 Pro smartfonunun render fotoları təqdim olunub

Xiaomi 13 Pro smartfonunun render fotoları təqdim olunub

Mobil Cihazlar
07.11.2022 PAYLAŞIM

    OneLeaks ləqəbli məşhur insayder adi Xiaomi 13-ün ardınca Xiaomi 13 Pro smartfon modelinin keyfiyyətli render fotolarını təqdim edib. Bundan əlavə olaraq insayder təqdimat tarixini və gözlənilən satış qiymətlərini təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Xiaomi 13 Pro modeli premium dizayn əldə edəcək. İnsayderin verdiyi məlumata əsasən smartfon maksimal dərəcədə nazik çərçivələrə sahib 6.65 düym ekran ilə təchiz olunacaq və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq.


    Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Arxa paneldə 3 ədəd kamera obyektivi yerləşəcək. Xiaomi 13 Pro adi Xiaomi 13 kimi Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. İnsayderin verdiyi məlumata əsasən smartfonun qiyməti 700$-dan 852$-a kimi təşkil edəcək. Xiaomi 13 Pro-nun təqdimatına gəldikdə isə mlumatda qeyd edilib ki, o, 30 dekabr tarixində təqdim ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 Pro-nun yeni dizaynda render fotoları təqdim edilib

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, gələn il təqdim ediləcək iPhone 15 bir ..


Samsung Galaxy S23 Ultra-nın əsas arxa kamerası barəsində yeni məlumatlar verili..

Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim ediləcək Galaxy S23 Ultra smartfonu..


AnTuTu bençmark servisi noyabr ayının ən güclü Android smartfonlarının reytinqin..

Məşhur AnTuTu bençmark servisinin tərtibatçıları noyabr ayının ən güclü Android smartfonlarının reyt..


POCO X5 5G-nin texniki özəllikləri barəsində məlumat verilib

Xiaomi-nin POCO brendi hal hazırda POCO X4 smartfon modelinin davamçısı üzərində çalışır...


iPhone 14-ün peyk şəbəkəsi funksiyası ilk dəfə bir insanın həyatını xilas etməyə..

15 noyabr tarixində Apple bəzi ölkələrdə iPhone 14 smartfonlarının peyk şəbəkəsi funksiyasını istifa..


Xiaomi 13-ün yeni təqdimat tarixi rəsmi şəkildə elan edilib

Keçən ayın sonunda Xiaomi rəsmi şəkildə elan etmişdi ki, 1 dekabr tarixində növbəti təqdimat tədbiri..

×