
Xiaomi 13T Pro-nun keyfiyyətli render fotoları təqdim edilib
Biz az əvvəl xəbər verdik ki, 14 avqust tarixində təqdim olunmuş Redmi K60 Extreme Edition smartfonunun qlobal versiyası qismində Xiaomi 13T Pro çıxış edəcək və o öz kameraları ilə fərqlənəcək. İndi isə Xiaomi 13T Pro-nun keyfiyyətli render fotoları təqdim edilib. Render fotolardan görmək olar ki, Xiaomi 13T Pro minimum iki gövdə rəngində satışa çıxacaq. Qara və mavi. Qara rəngli gövdəyə sahib versiya şüşə material ilə əhatə olunmuş arxa qapağa, mavi rəngli versiya isə süni dəri ilə əhatə olunmuş arxa qapağa sahib olacaq. Xiaomi 13T Pro modeli kameralar istisna olmaqla həm xarici görünüşcıə həm də texniki göstəricilər baxımından Redmi K60 Extreme Edition ilə eyni olacaq. Xiaomi 13T Pro-nun gələn ayın əvvəlində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər