Logo
    main-post-cover

    Xiaomi 13T Pro-nun real fotoları təqdim edilib

    Cihazlar+
    25.08.2023
    Emil
        Dünən məlum oldu ki, Xiaomi-nin hələ təqdim edilməmiş Xiaomi 13T smartfonunun Youtube-da icmal videosu ortaya çıxıb. İndi isə Xiaomi 13T Pro modelinin real fotoları internetdə ortaya çıxıb. Fotolar FCC adlı sertifikatlaşdırma agentliyi tərəfindən təqdim edilib. Təqdim edilmiş fotolar Xiaomi 13T Pro barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyirlər. Belə ki, sözügedən smartfon bir neçə müddət bundan öncə təqdim edilmiş Redmi K60 Extreme Edition modelinin kopyası olacaq.
        Bununla yanaşı məlumatda qeyd edilib ki, Xiaomi 13T Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Digər texniki göstəricilərə gəldikdə isə smartfonun 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym OLED ekrana, MediaTek Dimensity 9200+ prosessoruna, 16 GB-a kimi RAM-a, 512 GB-a kimi daxili yaddaş həcminə və 50 MP + 50 MP + 13 MP üçlü arxa kameraya sahib olacağı gözlənilir. Xiaomi 13T smartfon seriyasının gələn ayın əvvəlində təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər