Xiaomi 13T Pro-nun texniki göstəriciləri və qiyməti ortaya çıxıb

Xiaomi 13T Pro-nun texniki göstəriciləri və qiyməti ortaya çıxıb

Mobil Cihazlar
12.09.2023 PAYLAŞIM

    Biraz əvvəl biz, Xiaomi 13T smartfonunun texniki göstəriciləri və Avropa bazarındakı qiyməti barəsində xəbər verdik. İndi isə internetdə Xiaomi 13T Pro modelinin texniki göstəriciləri ilə Avropa bazarındakı qiyməti ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumata əsasən Xiaomi 13T Pro modeli adi Xiaomi 13T kimi 144 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranla təchiz olunacaq. Lakin Xiaomi 13T-nin MediaTek Dimensity 8200 Ultra prosessoru vasitəsilə çalışacağı halda Xiaomi 13T Pro modeli Dimensity 9200+ prosessorunu əldə edəcək.

    Bununla yanaşı Pro model özündə 12 GB RAM-ı, 512 GB daxili yaddaş həcmini və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə smartfon 50 MP + 50 MP + 12 MP üçlü arxa kameraya və 12 MP-lik ön kameraya sahib olacaq. Məlumatda qeyd edilib ki, Xiaomi 13T Pro smartfonu Avropa bazarında 900 avro qiymətində satışa çıxacaq. Qeyd etmək lazımdır ki, Xiaomi 13T smartfon seriyası 26 sentyabr tarixində təqdim ediləcək.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×