main-post-cover

    Xiaomi 14 və Xiaomi 14 Ultra-nın qlobal versiyaları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    26.02.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti MWC 2024 sərgisi çərçivəsində Xiaomi 14Xiaomi 14 Ultra smartfonlarının qlobal versiyalarını təqdim edib. Daha öncə məlumat ortaya çıxmışdı ki, şirkət qlobal bazarda Xiaomi 14 Pro-nu satışa çıxartmayacaq və onu Xiaomi 14 Ultra əvəzləyəcək. Bu məlumat MWC 2024 sərgisi çərçivəsində təsdiqlənmiş oldu. Belə ki, Xiaomi 14 Pro həqiqətən də eksklüziv olaraq yalnız Çin bazarında satılacaq. Xiaomi 14 və Xiaomi 14 Ultra-nın qlobal versiyalarına gəldikdə isə onlar həm xarici görünüşcə həm də texniki göstəricilər baxımından Çində satılan versiyalardan fərqlənmirlər.
         Buna görə də Xiaomi 14-ün texniki göstəriciləri ilə bu linkdən, Xiaomi 14 Ultra-nın texniki göstəriciləri ilə isə bu linkdən tanış ola bilərsiniz. Lakin sözügedən smartfonların qlobal bazardakı qiymətləri Çin bazarındakı qiymətlərindən fərqlənirlər. İlk növbədə qeyd etmək lazımdır ki, Xiaomi 14 modeli qlobal bazarda iki versiyada satışa çıxacaq. Birinci versiya 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, ikinci versiya isə 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib olacaq. Birinci versiya 999 avroya, ikinci versiya isə 1099 avroya satılacaq. Xiaomi 14 Ultra qlobal bazarda yalnız bir versiyada satışa çıxacaq. Söhbət, 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyadan gedir. Onun qiyməti qlobal bazarda 1499 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14 Ultra-nın kameraları vasitəsilə çəkilmiş foto nümunıələr ortaya çıxıb
    xiaomi-14-ultra-nin-kameralari-vasitesile-cekilmis-foto-numunieler-ortaya-cixib
    Redmi brendi ən güclü noutbukunu anons edib
    redmi-brendi-en-guclu-noutbukunu-anons-edib
    Redmi Display G Pro gaming monitoru təqdim edilib - QİYMƏTİ
    redmi-display-g-pro-gaming-monitoru-teqdim-edilib-qiymeti
    RedmiBook Pro 14 2024 və RedmiBook Pro 16 2024 noutbukları təqdim edilib - QİYMƏTİ
    redmibook-pro-14-2024-ve-redmibook-pro-16-2024-noutbuklari-teqdim-edilib-qiymeti
    Xiaomi Pad 6S Pro planşeti təqdim olunub - QİYMƏTİ
    xiaomi-pad-6s-pro-planseti-teqdim-olunub-qiymeti