
Xiaomi 14T smartfonlarının nə zaman təqdim olunacaqları ortaya çıxıb
Cihazlar+
10.09.2024
Emil
Xiaomi şirkəti Xiaomi 14T smartfon seriyasının təqdimatına aktiv şəkildə hazırlaşmağa davam edir. Dünən hətta Xiaomi 14T Pro-nun keyfiyyətli render fotosu da ortaya çıxdı. İndi isə internetdə bu smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən Xiaomi 14T smartfonları 27 sentyabr tarixində təqdim olunacaqlar.
Son məlumat sızıntılarına əsasən həm Xiaomi 14T həm də Xiaomi 14T Pro 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü ekranla təchiz olunacaq. Adi Xiaomi 14T modelinin MediaTek Dimensity 8300 Ultra prosessoru, Xiaomi 14T Pro modelinin isə Dimensity 9300+ prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bundan əlavə olaraq Xiaomi 14T smartfonlarının 5000 mAh enerji tutumlu batareyanı əldə edəcəkləri güman edilir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
