Logo
    main-post-cover

    Xiaomi 2K Monitor A27Qi monitoru təqdim edilib

    Cihazlar+
    31.10.2024
    Emil
         Xiaomi qlobal bazarda yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Xiaomi 2K Monitor A27Qi adlanır. Beləliklə bu yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 6 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Ekran üstəlik HDR dəstəklədir. Monitor özündə DisplayPort 1.4, HDMI girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Xiaomi 2K Monitor A27Qi-nin nə zaman və hansı qiymətə satışa çıxacağı hələ açıqlanmayıb.
    Paylaş