
Xiaomi artıq MIX Flip 2 üzərində çalışır
Cihazlar+
02.09.2024
Emil
Xiaomi şirkəti iyul ayında ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etdi. Söhbət, Xiaomi MIX Flip-dən gedir. Lakin görünür, şirkət onun davamçısı olacaq Xiaomi MIX Flip 2 üzərində artıq çalışmağa başlayıb. Belə ki, IMEI məlumatlar bazasında Xiaomi MIX Flip 2-yə aid model nömrələri aşkar edilib. 2505APX7BC və 2505APX7BG. Birinci model nömrəsi smartfonun Çin bazarında satılacaq versiyasını, ikinci model nömrəsi isə smartfonun qlobal bazarda satılacaq versiyasını əhatə edir.
Bu model nömrələrindəki 2505 hissəsi smartfonun təqdim ediləcəyi il ilə ayı əks etdirir. Model nömrələrinə əsasən MIX Flip 2 gələn ilin may ayında təqdim olunmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iyul ayında təqdim edilmiş MIX Flip smartfonunun model nömrəsində 2405 qeyd edilib. Yəni smartfon əslində may ayında təqdim olunmalı idi. Lakin nəticədə o, iyul ayında təqdim edildi. Heç istisna deyil ki, Xiaomi MIX Flip 2 halında da belə olacaq. Xiaomi MIX Flip 2-nin texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. Lakin dəqiq olan odur ki, o, Çin bazarından əlavə olaraq qlobal bazarda da satışa çıxacaq.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
