Logo
    main-post-cover

    Xiaomi Black Shark GT3 smart saatı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    19.03.2024
    Emil
         Xiaomi şirkəti özünün Black Shark adlı subbrendinin yeni smart saatını təqdim edib. Təqdim edilmiş smart saat Xiaomi Black Shark GT3 adlanır. Bu yeni smart saatın əsas özəllikləri arasında keyfiyyətli ekran, bir dəfə şarj olunandan sonra uzun müddət ərzində çalışma imkanı və gövdənin sudan qorunma özəlliyi var. Beləliklə Xiaomi Black Shark GT 3 smart saatı 60 Hz-lik təsvir yenilənməsinə sahib 502х410 piksel keyfiyyətli 1.96 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Bu smart saatın əsas özəlliklərindən biri də odur ki, o, smartfona daxil olan zənglərə cavab vermək imkanına sahibdir.
         Black Shark GT3 ürək döyüntüləri tezlikləri ilə qandakı oksigen miqdarını ölçə bilir və istifadəçinin yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edir. Smart saat 100-dən çox idman rejimini dəstəkləyir. Xiaomi bildirib ki, Black Shark GT3-ə Shark GPT adlı süni zəka sistemi inteqrasiya edilib. Onun sayəsində istifadəçi smart saatın ekranı üçün yeni siferblatları tərtib edə bilər. Shark GPT yalnız çin və ingilis dillərini dəstəkləyir. Smart saatın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Bunun sayəsində smart saat 30 dəqiqə ərzində 1 metr su dərinliyinə tab gətirə bilir. Məlumatda qeyd edilib ki, Black Shark GT3 bir dəfə şarj olunandan sonra 10 gün ərzində çalışa bilir. Smart saat artıq satışa çıxıb və 35$-a satılır.
    Paylaş