
Xiaomi Black Shark Ultra-nın prototipləri satışa çıxarılıb
Cihazlar+
14.12.2023
Emil
Xiaomi şirkətinin Black Shark brendi barəsində çoxdandır xəbər yoxdur. Lakin gələn il bu vəziyyət dəyişə bilər. Qeyd etmək lazımdır ki, şirkət sözügedən brendi altında gaming smartfonlarını istehsal edir. Gələn il isə yeni Black Shark smartfonları təqdim oluna bilər. Məsələ burasındadır ki, Çinin Xianyu adlı saytında Black Shark Ultra adlı smartfon prototiplərinin satış elanları yerləşdirilib.

Məlumata əsasən satışa çıxarılmış prototiplərdən bəziləri MIUI 13-ün təkmilləşdirilmiş versiyası olan JOYUI 13 interfeysi vasitəsilə, bəziləri isə HyperOS vasitəsilə çalışırlar. Black Shark Ultra-nın prototipləri 3.2K keyfiyyətli 6.73 düym ekran, Snapdragon 8 Gen 1 prosessoru, 64 MP + 16 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunublar. Black Shark Ultra-nın gələn il təqdim olunacağı gözlənilir. Üstəlik onun final versiyasının sızdırılmış prototiplərdən nə dərəcədə fərqlənəcəyi də bilinmir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
