Logo
    main-post-cover

    Xiaomi Civi 4 Geekbench testlərindən keçib

    Cihazlar+
    20.02.2024
    Emil
         Xiaomi şirkətinin hazırladığı Xiaomi Civi 4 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun bəzi texniki özəllikləri məlum olub. Az əvvəl biz xəbər verdik ki, Xiaomi Civi 4 Qualcomm-un flaqman prosessorunu əldə edə bilər. Geekbench testləri bu məlumatı təsdiqləyiblər. Belə ki, Geekbench-in məlumatlar bazasına əsasən Xiaomi Civi 4 smartfonu Snapdragon 8 Gen 3 prosessorunu əldə edəcək. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı təsdiqlənib ki, Xiaomi Civi 4 qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2140 xal, çox nüvəli testi çərçivəsində isə 6848 xal toplayıb. Xiaomi Civi 4-ün may ayında təqdim olunacağı gözlənilir.
    Paylaş