
Xiaomi CIVI 4 Pro-nun qlobal versiyasının təqdimatı anons edilib
Cihazlar+
29.05.2024
Emil
Xiaomi şirkəti mart ayında Xiaomi CIVI 4 Pro adlı subflaqman smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasının təqdimatına hazırlaşır. Belə ki, şirkət Xiaomi 14 CIVI adlı yeni smartfonunun təqdimatını anons edib. Xiaomi-nin təqdim etmiş olduğu posterə əsasən sözügedən yeni smartfon 12 iyun tarixində təqdim ediləcək. Bununla yanaşı görmək olar ki, posterdə dairəvi formalı kamera sahəsi əks olunub. Bu isə o deməkdir ki, Xiaomi 14 CIVI xarici görünüşcə Xiaomi CIVI 4 Pro-dan heç də fərqlənməyəcək.
Belə ki, Xiaomi CIVI 4 Pro da arxa paneldən dairəvi kamera sahəsinə sahibdir. Üstəlik posterdəki Leica yazısı yeni smartfoun Leica kamera optikalarını əldə edəcəyini təsdiqləyir. Gözləntilərə əsasən Xiaomi 14 CIVI smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 50 MP + 50 MP + 12 MP üçlü arxa kameranı və 4700 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
