
Xiaomi Civi 4-ün güman olunan bəzi texniki göstəriciləri ortaya çıxıb
Cihazlar+
12.01.2024
Emil
İnternetdə ortaya çıxmış məlumata əsasən Xiaomi şirkətinin hələ təqdim edilməmiş smartfonu SM8635 model nömrəsinə sahib prosessor ilə təchiz olunacaq. Model nəmrəsindən belə qənaətə gəlmək olar ki, söhbət, Snapdragon 8 Gen 3-ün (SM8650) bir qədər sadələşdirilmiş versiyasından gedir. Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, bu smartfon Xiaomi-nin yeni orta büdcəli smartfonu olacaq və o, kənarları əyilmiş dizaynda reallaşdırılmış 1.5K keyfiyyətli ekranı əldə edəcək. Bununla yanaşı smartfon metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəyə sahib olacaq. Bəzilərinin fikirlərinə əsasən söhbət, Xiaomi Civi 4 smartfonundan gedir. Xiaomi Civi 4-ün isə yaz fəslində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
