
Xiaomi Civi 4-ün hansı prosessoru əldə edəcəyi və nə zaman təqdim olunacağı açıqlanıb
Cihazlar+
20.02.2024
Emil
Xiaomi şirkəti özünün Xiaomi Civi smartfon seriyasının yeni modeli üzərində çalışmağa davam edir. Söhbət, Xiaomi Civi 4-dən gedir. İndi isə insayderlər sözügedən smartfonun hansı prosessoru əldə edəcəyi və onun nə zaman təqdim olunacağı barəsində məlumat veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Xiaomi Civi 4 smartfonu Qualcomm-un flaqman prosessoru vasitəsilə çalışacaq. Məlumatda söhbətin konkret olaraq hansı prosessordan getdiyi qeyd edilməyib. Lakin güman etmək olar ki, söhbət, ya Snapdragon 8 Gen 1-dən ya da Snapdragon 8 Gen 2-dən gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Xiaomi Civi 3 modeli MediaTek Dimensity 8200 Ultra prosessoru vasitəsilə çalışır. İnsayderlər bildiriblər ki, Xiaomi Civi 4-ün təqdimatı may ayında baş tutacaq.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
