Xiaomi Civi adlı yeni smartfonun texniki özəllikləri internetdə ortaya çıxıb
Cihazlar+
24.09.2021
Farid Pardashunas
Təqdimata hazırlaşan Xiaomi Civi adlı yeni smartfon modelinin texniki özəllikləri barəsində məlumatlar Çinin Weibo sosial şəbəkəsində ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təhiz olunacaq. Ekranın kənar hissələri isə əyilmiş dizaynda reallaşdırılacaqlar. Smartfon Snapdragon 778G prosessoruna və 55 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahib olacaq.
Qeyd etmək lazımdır ki, sözügedən prosessor həmçinin bir neçə müddət bundan öncə təqdim edilmiş Xiaomi 11 Lite 5G NE modelində də quraşdırılıb. Xiaomi Civi özündə üçlü arxa kameranı birləşdirəcək və onlardan ən əsası 64 MP-lik olacaq. Əvvəlki məlumat sızıntılarında isə qeyd edilmişdi ki, əsas kamera 108 MP-lik olacaq. Bundan əlavə olaraq Xiaomi Civi-nin şüşə materialdan hazırlanmış gövdəyə sahib olacağı gözlənilir. Xiaomi Civi 27 sentyabr tarixində təqdim olunacaq. Güman olunur ki, bu smartfon Xiaomi CC seriyasını əvəz edəcək. Smartfonun 400$ qiymətində satılacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ