
Xiaomi çıxıntısız ekrana sahib yeni flaqman smartfon üzərində çalışır
Cihazlar+
15.01.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Xiaomi şirkəti maksimal dərəcədə nazik ekran ətrafı çərçivələrə və Snapdragon 8 Gen 3 prosessoruna sahib yeni flaqman smartfon üzərində çalışır. Bununla yanaşı insayder bildirib ki, hazırlanan smartfonun ekranı üzərində heç bir çıxıntı olmayacaq. Smartfon iki ədəd ön kameraya sahib olacaq və onlar ekranın alt hissəsinə yerləşdiriləcək. İnsayder əlavə edib ki, söhbət, dəqiq şəkildə Xiaomi Mix 5 smartfonundan getmir. Lakin insayderin səsləndirdiyi bu özəlliklər Xiaomi-nin bu ilki qatlana bilən Mix smartfonunda reallaşdırıla bilər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
