Logo
    main-post-cover

    Xiaomi heç bir fiziki düyməyə sahib olmayacaq smartfon üzərində çalışır

    Cihazlar+
    27.08.2024
         Dünən məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti Samsung Huawei kimi özünün 3 qat qatlana bilən smartfonu üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi daha bir qeyri-adi smartfon üzərində çalışır. Söhbət, heç bir fiziki düyməyə sahib olmayan smartfondan gedir. Məlumatda qeyd edilib ki, Xiaomi-nin hazırladığı bu smartfon Zhuque kod adına sahibdir.
         Sözügedən qeyri-adi smartfonda idarəetmə imkanının necə reallaşdırılacağı tam aydın deyil. Ola bilsin ki, Xiaomi bu smartfona toxunuşa həssas texnologiyanı quraşdırsın. İnsayderlərin sözlərinə əsasən Xiaomi-nin heç bir fiziki düyməyə sahib olmayacaq smartfonu Snapdragon 8+ Gen 4 prosessoru vasitəsilə çalışacaq. Smartfon barəsində digər bir məlumat yoxdur. Smartfon hələ hazırlanma mərhələsindədir. Əgər hər şey yolunda getsə, şirkət onun işlək prototipini artıq gələn il təqdim edə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...