
Xiaomi keyfiyyətli kameralara sahib yeni smartfon üzərində çalışır
Cihazlar+
14.12.2023
Emil
Xiaomi şirkəti oktyabr ayının sonunda Xiaomi 14 və Xiaomi 14 Pro smartfonlarını təqdim etdi. Gələn ilin birinci yarısında isə Xiaomi 14 Ultra smartfonunun təqdimatı gözlənilir. Lakin Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən şirkət keyfiyyətli kameralara sahib daha bir smartfon üzərində çalışır. İnsayderin sözlərinə əsasən hazırlanan bu smartfon 75 mm-lik optikaya sahib telekameranı əldə edəcək və o, 3.2 qat zoom özəlliyini özündə birləşdirəcək. İnsayder smartfonun necə adlanacağı barəsində məlumat verməsə də, qeyd edib ki, söhbət, Xiaomi 14 Ultra-dan getmir. Bəzilərinin fikirlərinə əsasən bu cür kameranı əldə etməyə namizəd smartfon Xiaomi Mix 5-dir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
