
Xiaomi kompakt ölçülü gaming planşet üzərində çalışmış ola bilər
Cihazlar+
14.03.2024
Emil
Çinin bir çox aparıcı brendlərinin böyük ekranlı planşetləri təqdim etdikləri bir vaxtda Lenovo şirkəti özünü kompakt ölçülü gaming planşetləri bazarında sınadı və bu sınaqdan uğurla keçdi. Belə ki, şirkətin Legion Y700 (2022) və Y700 (2023) planşetləri bu seqmentdə öz alıcılarını tapdılar. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Xiaomi bu vəziyyəti görərək ondan yararlanmaq qərarına gəlib. İnsayder bildirib ki, Xiaomi hal-hazırda kompakt ölçülü gaming planşetin hazırlanmasını nəzərdən keçirir. Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət bununla yetinməyərək OLED ekrana sahib flaqman planşet üzərində də çalışır və onun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
