main-post-cover

    Xiaomi Mi 11-in Avropa bazarındakı qiymətləri ortaya çıxıb

    Cihazlar+
    05.02.2021
    Farid Pardashunas
        Dekabr ayının sonunda Xiaomi şirkəti Snapdragon 888 prosessoruna sahib ilk smartfonu olan Mi 11-i təqdim etmişdi. Bir neçə gün sonra isə bu smartfon Çin bazarında satışa çıxmışdı. İndi isə şirkət Mi 11-in qlobal versiyasının təqdimatına hazırlaşır. Təqdimata az müddət qalmış smartfonun qlobal versiyasının Avropa bazarındakı satış qiymətləri ortaya çıxıb. İnsayderlərin verdikləri məlumata əsasən Xiaomi şirkəti Avropa bazarında Mi 11-in iki versiyasını satışa çıxardacaq. 8 GB RAM ilə 128 GB daxili yaddaşa sahib birinci versiya və 8 GB RAM ilə 256 GB daxili yaddaşa sahib ikinci versiya.
        Qeyd etmək lazımdır ki, Çin bazarında həmçinin 12 GB RAM ilə 256 GB daxili yaddaşa sahib versiya da satılır. Lakin çox güman ki, bu versiya qlobal bazarda satışa çıxmayacaq və yalnız Çin bazarında satılmağa davam edəcək. Beləliklə ortaya çıxmış məlumata əsasən 128 GB daxili yaddaşa sahib Mi 11 modeli Avropa bazarında 799 avroya, 256 GB daxili yaddaşa sahib model isə 899 avroya satılacaq. Qeyd etmək lazımdır ki, ortaya çıxmış satış qiymətləri Xiaomi tərəfindən təsdiqlənməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər