main-post-cover

    Xiaomi Mi 11 Lite smartfon modelinin keyfiyyətli render fotoları ortaya çıxıb

    Cihazlar+
    06.01.2021
    Farid Pardashunas
        Xiaomi şirkəti artıq Mi 11 flaqman smartfon modelinin qlobal bazarda təqdim olunacağını təsdiqləyib. Gözləntilərə əsasən şirkət qlobal bazarda adi Mi 11 ilə birlikdə onun Pro və daha sadələşdirilmiş versiyasını təqdim edəcək. Qeyd etmək lazımdır ki, indiki vaxta kimi Mi 11-in sadələşdirilmiş versiyası barəsində məlumat ortaya çıxmamışdı. İndi isə sözügedən smartfonun ilk render fotoları ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib.
        Ortaya çıxmış fotolardan da görmək olar ki, Mi 11 Lite modelinin dizaynı adi Mi 11 tərzində reallaşdırılıb. Lakin buna baxmayaraq smartfonlar arasında fərqləndirici özəlliklər var. Belə ki, Mi 11 Lite modelinin arxa kamera dizaynı daha sadə görünür və ekran ətrafı çərçivələr bir qədər qalındır. Bu qalınlıq əsasən smartfonun aşağı hissəsində hiss olunur. Mi 11 Lite modelinin texniki özəllikləri barəsində məlumat yoxdur. Ola bilər ki, smartfon 5G dəstəyinə sahib olmayan orta səviyyəli Snapdragon 732G prosessoru ilə təchiz olunsun. Lakin bu məlumat hələ öz təsdiqini tapmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər