
Xiaomi Mi Band 9 smart qolbağı təqdimata hazırlaşır
Cihazlar+
12.03.2024
Emil
Xiaomi şirkəti keçən ilin aprel ayında Mi Band 8 smart qolbağını təqdim etmişdi. İndi isə şirkət onun davamçısını təqdim etməyə hazırlaşır. Söhbət, Mi Band 9 smart qolbağından gedir. Belə ki, təqdimata hazırlaşan yeni smart qolbaq Çinin sertifikatlaşdırma agentliklərindən birinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, Mi Band 9-un təqdimatı artıq çox yaxındır. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Mi Band 9 iki versiyada ortaya çıxıb. Birinci versiya M2345B1 model nömrəsinə, ikinci versiya isə M2346B1 model nömrəsinə sahibdir. Məlumata əsasən birinci model nömrəsi altında adi Mi Band 9, ikinci model nömrəsi altında isə Mi Band 9 NFC dayanır. Xiaomi-nin bu yeni smart qolbağının texniki imkanları barəsində məlumat yoxdur.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
