
Xiaomi Mi Band 9 smart qolbağının təqdimatı artıq çox yaxındır
Cihazlar+
22.04.2024
Farid
Xiaomi şirkəti özünün yeni smart qolbağı olacaq Mi Band 9-un təqdimatına hazırlaşır. Qeyd etmək lazımdır ki, Xiaomi Mi Band 8 keçən ilin aprel ayında təqdim olunmuşdu. Yaxın zamanda isə Xiaomi Mi Band 9-un təqdimatı gözlənilir. Belə ki, sözügedən smart qolbaq BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) TDRA adlı sertifikatlaşdırma agentliyinin saytında M2345B1 model nömrəsi ilə və İndoneziyanın telekommunikasiya təşkilatlarının saytlarında aşkar edilib. Bütün bunlar isə smart qolbağın yaxın zamanda təqdim olunacağına işarə edirlər. Keçən ilki Xiaomi Mi Band 8 kimi Mi Band 9-un da iki versiyada təqdim olunacağı gözlənilir. Birinci versiya NFC dəstəyinə sahib olacaq. İkinci versiyada isə bu özəllik mövcud olmayacaq. Gözləntilərə əsasən yeni smart qolbaq xarici görünüşcə Xiaomi Mi Band 8-dən heç də fərqlənməyəcək.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
