Logo
    main-post-cover

    Xiaomi Mi Band 9-un render fotosu ortaya çıxıb

    Cihazlar+
    12.07.2024
    Emil
         Dünən məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti növbəti təqdimat tədbirini 18 iyul tarixində keçirəcək və tədbir çərçivəsində qatlana bilən Xiaomi MIX Fold 4, MIX Flip smartfonları ilə yanaşı həmçinin Xiaomi Mi Band 9 smart qolbağı da təqdim olunacaq. İndi isə Xiaomi Mi Band 9 smart qolbağının render fotosu və bəzi məlumatları ortaya çıxıblar. Ortaya çıxmış fotoya əsasən Mi Band 9 xarici görünüşcə keçən ilki Mi Band 8-dən heç də fərqlənməyəcək. Bununla belə yeni smart qolbağın bəzi özəllikləri daha da yaxşılaşdırılmalıdır. Belə ki, Mi Band 9-da ürək döyüntüləri tezliklərinin ölçülməsi dəqiqliyi 10%, onun avtonom rejimdə çalışma müddəti isə 23% yüksələ bilər. Bu isə smart qolbağın 3 həftə ərzində şarj prosesinə ehtiyac duymadan çalışması deməkdir. Bəzi məlumatlara əsasən Mi Band 9-un ekran parlaqlığı 1200 nit-ə kimi yüksələcək.
    Paylaş