Logo
    main-post-cover

    Xiaomi MIX Flip qlobal bazarda da satışa çıxacaq

    Cihazlar+
    22.07.2024
    Emil
         Xiaomi şirkəti keçən həftə Çində ilk qatlana bilən qapaqlı smartfonu MIX Flip-i təqdim etdi. Həmin vaxtda MIX Flip-in qlobal bazarda satılıb-satılmayacağı barəsində bir məlumat verilməmişdi. İndi isə insayderlər bildiriblər ki, Xiaomi bu smartfonu qlobal bazarda satışa çıxartmağa hazırlaşır. İnsayderlərin sözlərinə əsasən qlobal bazarda Xiaomi MIX Flip-in yalnız bir versiyası satılacaq. Söhbət, 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyadan gedir. Bununla yanaşı qlobal bazarda smartfon yalnız iki gövdə rəngində satılacaq. Qara və çəhrayı. Xiaomi MIX Flip-in qlobal versiyasının hansı qiymətə satılacağı hələ bilinmir. Lakin dəqiq olan odur ki, onun 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyası Çindəki qiymətdən (895$) daha yüksək olacaq.
    Paylaş