
Xiaomi-nin Black Shark brendi Black Shark Watch X Pro smart saatını təqdim edib - QİYMƏTİ
Cihazlar+
24.12.2024
Emil
Xiaomi şirkətinə məxsus olan Black Shark brendi öz yeni smart saatını təqdim edib. Brendin yeni smart saatı Black Shark Watch X Pro adlanır. Black Shark brendinin bu yeni smart saatı 466x466 piksel keyfiyyətli 1.75 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir. Smart saat özündə 4 GB RAM ilə 32 GB daxili yaddaş həcmini birləşdirir.
Bununla yanaşı o, 4G dəstəkli SIM kart girişinə, GPS və Wi-Fi dəstəyinə sahibdir. Black Shark Watch X Pro ürək döyüntüləri tezliyini və qandakı oksigen miqdarını ölçə bilir. Smart saatın əsas fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onun kənar hissəsinə 2 MP-lik kamera yerləşdirilib. Smart saatın batareya həcmi 900 mAh təşkil edir. Black Shark Watch X Pro artıq Çində satışa çıxıb və onun qiyməti 123$ təşkil edir. Smart saatın digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
