main-post-cover

    Xiaomi Open Earphones naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.04.2024
    Farid Pardashunas
         Xiaomi şirkəti öz yeni naqilsiz qulaqlığını təqdim edib. Şirkətin yeni naqilsiz qulaqlığı Xiaomi Open Earphones adlanır. Xiaomi-nin daha öncəki naqilsiz qulaqlıqlarından fərqli olaraq Xiaomi Open Earphones açıq gövdə dizaynına sahibdir. Bu yeni qulaqlıqların gövdələrini rahat şəkildə əymək olar. Bu halda onlar zədələnməyəcəklər. Şirkət bildirib ki, Xiaomi Open Earphones idman ilə məşğul olanlar üçün yaxşı seçimdir. Qulaqlıqların hər biri 10 mm-lik audio drayver və ikili mikrofon ilə təchiz olunub.
         İkili mikrofon hesabına qulaqlıqlar səsin keyfiyyətli ötürülməsini və ətraf küy səviyyəsini aşağı salmağa imkan verirlər. Xiaomi Open Earphones həmçinin HarmonyOS vasitəsilə çalışan istənilən cihaza sürətli qoşulmanı da dəstəkləyir. Xiaomi-nin bu yeni naqilsiz qulaqlıqları bir dəfə şarj olunandan sonra 7.5 saat ərzində çalışa bilirlər. Şarj keysi sayəsində isə bu göstərici 38.5 saat təşkil edir. Xiaomi Open Earphones artıq Çin bazarında 103$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Pad Pro planşeti təqdim edilib - QİYMƏTİ
    redmi-pad-pro-planseti-teqdim-edilib-qiymeti
    Redmi Turbo 3 smartfonu təqdim edilib - QİYMƏTİ
    redmi-turbo-3-smartfonu-teqdim-edilib-qiymeti
    Təqdimatdan bir gün öncə Redmi Pad Pro planşetinin bəzi texniki imkanları təqdim edilib
    teqdimatdan-bir-gun-once-redmi-pad-pro-plansetinin-bezi-texniki-imkanlari-teqdim-edilib
    Təqdimatdan bir gün öncə Redmi Turbo 3-ün ekran özəllikləri təqdim edilib
    teqdimatdan-bir-gun-once-redmi-turbo-3-un-ekran-ozellikleri-teqdim-edilib
    Xiaomi öz yeni naqilsiz qulaqlığının təqdimatını anons edib
    xiaomi-oz-yeni-naqilsiz-qulaqliginin-teqdimatini-anons-edib