Logo
    main-post-cover

    Xiaomi öz smart üzüyünü patentləşdirib

    Cihazlar+
    17.10.2024
    Emil
         Görünür, Samsung ilə yanaşı Xiaomi şirkəti də smart üzük bazarına daxil olmaq istəyir. Belə ki, Xiaomi öz smart üzüyünü patentləşdirib. Patent ilə bağlı dokumentasiya Çinin CNIPA adlı təşkilatının məlumatlar bazasında ortaya çıxıb. Patent dokumentasiyasına əsasən Xiaomi-nin planlaşdırdığı smart üzük digər smart üzüklərdən fərqlənəcək. Belə ki, məlumatda qeyd edilib ki, Xiaomi-nin smart üzüyü istifadəçinin barmaq ölçüsünə avtomatik uyğunlaşa biləcək.
         Patentdə qeyd edilib ki, smart üzük özündə yay (prujin) mexanizminə sahib elastiki örtüyü birləşdirəcək. Nəticədə smart üzük öz ölçüsünü dəyişə biləcək. Bunun sayəsində smart üzüyün bir neçə ölçüdə versiyasını satışa çıxartmağa ehtiyac qalmayacaq. Belə ki, bu cür üzüyü istənilən barmağa taxmaq mümkün olacaq. Məlumata əsasən Xiaomi-nin smart üzüyü Wi-FiNFC texnologiyalarını, mikrofonu və səsgücləndiricini əldə edəcək, istifadəçi səhhətinin müxtəlif özəlliklərinə nəzarət edəcək və sensorlu panelə sahib olacaq. Xiaomi-nin öz smart üzüyünü nə zaman təqdim edəcəyi bilinmir.
    Paylaş